“Əl-Nəsr”in transfer qadağası ləğv olundu
“Əl-Nəsr”in transfer qadağası tamamilə ləğv edildi.
Sportline.az xəbər verir ki, FIFA bu gün verdiyi rəsmi qərarla “Əl-Nəsr” klubunun bütün qaydalara tam şəkildə əməl etdiyini təsdiqləyib və Səudiyyə Ərəbistanı təmsilçisinə tətbiq olunan transfer qadağası birdəfəlik ləğv olunub.
Beləliklə, məsələ tam bağlanıb və bu qərar klubun 2026-cı ilə hesablanan planları baxımından mühüm əhəmiyyət daşıyır.