"Əl-Nəsr"in yeni hədəfi

"Mançester Yunayted" brazilyalı futbolçusu Kazemironu satmaq qərarına gəlib.

Sportline.az "marca" qəzetinə istinadən xəbər verir ki, "Əl-Nəsr" klubu Kazemiro üçün elçi düşüb.

İngiltərə klubu Kazemironun transfer qiymətini 20 milyon avro olaraq təyin edib.

Qeyd edək ki, tərəflər arasında danışıqlar davam edir.

"Əl-Nəsr"in rəhbərliyi bu keçidi yanvar ayında reallaşdırmaq istəyir.