Əlcəzairli futbolçu yenidən Super Liqada çıxış edəcək

"Beşiktaş"ın və Əlcəzair millisinin sabiq oyunçusu Raşid Qezzal yenidən Türkiyəyə qayıdacaq.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Rizespor" klubu 32 yaşlı vinqerlə razılıq əldə edib.

Ötən mövsümün sonunda "Beşiktaş"dan ayrılan Qezzal İstanbul klubu ilə çıxdığı 34 oyunda 2 qol vurub, 5 asist edib.

Təcrübəli futbolçu 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində Türkiyə çempionu olub.

Qeyd edək ki, Qezzal daha əvvəl karyerasında "Lester Siti", "Fiorentina" və "Lion" kimi klubların formasını geyinib.