Ələkbər Məmmədovun xatirəsinə turnir keçiriləcək

Azərbaycan futbolunun tanınmış simalarından Ələkbər Məmmədovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar turnir keçiriləcək.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, mərhum hücumçunun xatirəsinə həsr olunmuş turnirin koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi başa çatdıqdan sonra təşkili nəzərdə tutulub.
 
Bu gün isə federasiyanın rəsmi "Facebook" səhifəsində canlı yayım təşkil olunacaq. Canlı yayımda ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimov Ə.Məmmədovla bağlı xatirələrini bölüşəcək, gənc nəsil futbolçular üçün mərhum futbol ulduzunun həyat yolu və karyerası barədə söhbət açacaq.
 
Yayım saat 15:00-da başlayacaq.
 
Qeyd edək ki, Ələkbər Məmmədov SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olub.