Əliyar Ağayev Konfrans Liqasının oyununda
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Sportline.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsinin “Gent” (Belçika) və “Rakuv” (Polşa) komandaları arasında Belçikada keçiriləcək cavab oyununun baş hakimi olacaq.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Avqustun 26-da keçiriləcək “Gent” – “Rakuv” görüşü Bakı vaxtı ilə 22:00-da başlanacaq.