Əliyar Ağayev xüsusi mükafata layiq görüldü
UEFA 2016-cı il üçün qitənin ən yaxşı hakimlərini açıqlayıb. Sportline.az xəbər verir ki, siyahıya 110 xalla ingiltərəli Mark Klattenburq başçılıq edir . Şimon Marçiniak (Polşa, 86 xal) ikinci, Damir Skomina (Sloveniya, 70 xal) üçüncüdür.
Sevindirici xəbər ondan ibarətdir ki, FİFA referimiz Əliyar Ağayev bu ildən etibarən təsis olunan yeni mükafata layiq görülüb. Söhbət 2016-cı il ərzində ən böyük inkişafa nail olan avropalı hakimə verilən “İlin parlayan ulduz hakimi” adından gedir.
İlk onluğa gəldikdə isə, siyahı belədir:
1. Mark Klattenburq (İngiltərə) - 110 xal
2.Szumon Marçiniak (Polşa) - 86 xal
3. Damir Skomina (Sloveniya) - 70 xal
4. Nikola Ritsoli (İtaiya) - 68 xal
5. Viktor Kassai (Macarıstan) - 64 xal
6. Milora Mazim (Serbiya) - 46 xal
7. Cüneyt Çakır (Türkiyə) - 43 xal
8. Feliks Brix (Almaniya) - 38 xal
9. Byörn Kuypers (Hollandiya) - 29 xal
10. Yonas Eriksson (İsveç) - 19 xal