Əliyar Ağayevin idarə etdiyi oyun
Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Styaua" - "Viktoriya" qarşılaşmasında əsas söz sahibi olub. SportLine.az xəbər verir ki, görüş gərgin mübarizə ilə yadda qalıb.
4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.
Ağayev bu görüşdə 8 dəfə sarı vərəqəyə əl atıb. Bunlardan üçü meydan sahiblərinə, beşi isə qonaqlara göstərilib.
Əliyara bu qarşılaşmada yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.