Elliot Anderson Avropa nəhənglərinin radarındadır
"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson Avropa nəhənglərinin transfer radarına düşüb.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted", "Real Madrid", "Mançester Siti" və "Nyukasl Yunayted" sözügedən oyunçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, E.Anderson İngiltərə millisinin üzvüdür.