Elliot Anderson "Mançester Yunayted" yolunda

"Mançester Yunayted"in rəhbərliyi qışda heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar"ın yanvar ayında əsas hədəfi "Nottingem Forest"in 22 yaşlı yarımmüdafiəçisi Elliot Anderson göstərilir.

İngiltərə millisinin üzvü ilə "Nyukasl"da yaxından maraqlanır. Lakin futbolçunun özü "Mançester Yunayted"ə keçməyə üstünlük verir.

Qeyd edək ki, E.Andersonun dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avrodur.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Anderson "Nyukasl Yunayted"in öz yetirməsidir.

O, "Nottingem"ə 2024-cü ilin yayında 41.2 milyon avro qarşılığında transfer olunmuşdu.