Elliot Anderson “Mançester Yunayted”ə keçə bilər
“Nottingem”in yarımmüdafiəçisi Elliot Anderson “Mançester Yunayted”in transfer siyahısında yer alıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
23 yaşlı futbolçu Mançester klubuna keçməyə isti yanaşır.
Qeyd edək ki, E.Anderson cari mövsüm meydana çıxdığı 34 matçda 1 qol, 3 asistlə yadda qalıb.