Elliot Anderson seçimini etdi
“Mançester Yunayted” və “Mançester Siti” Elliot Andersonu transfer etmək üçün yarışa girib.
Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, Elliot seçimini “şəhərlilər”dən yana edib.
“Mançester Siti” yanvar ayında “Nottingem”ə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, E.Anderson cari mövsüm çıxış etdiyi 18 matçda 1 qol, 1 asistlə yadda qalıb.