Elliot Andersonun transfer qiyməti açıqlanıb
"Nottingem Forest" ingiltərəli yarımmüdafiəçisi Elliot Andersonun transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı futbolçu üçün 75 milyon avro tələb edir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, E.Anderson bu mövsüm meydana çıxdığı 13 matçda 1 asistlə yadda qalıb.