Elxan Abdullayev istefa verdi

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev istefa ərizəsini rəhbərliyə təqdim edib. SportLine.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi onun ərizəsini qəbul edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, "Neftçi" Topaz Premyer Liqasının ilk iki turunda məğlub olub.