Elxan Məmmədov Argentina səfiri ilə görüşüb

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Argentina respublikasının ölkəmizdəki səfiri Sergio Osvaldo Perez Gunella ilə görüşüb.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Argentinanın futbol qurumları arasında qarşılıqlı əlaqələr, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfir müzakirələrdən razılığını ifadə edib, bugünkü görüşü 2019-cu ildə keçirilmiş ilk görüşün davamı olaraq qiymətləndirdiyini vurğulayıb, Argentina Futbol Assosiasiyası və AFFA-nın əməkdaşlığı barədə layihənin təqdimatı ilə çıxış edib.