Elxan Məmmədov Londonda
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün London şəhərində Monteneqro Futbol Assosiasiyasının (MFA) prezidenti Deyan Saviçeviçlə görüşüb.
SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşdə AFFA və MFA arasında qarşılıqlı əlaqələr müzakirə olunub, fikir mübadiləsi aparılıb.
Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi ilə bağlı platformasını Deyan Saviçeviçə təqdim edib.