Emeri İspaniya nəhəngini çalışdıra bilər
"Real Madrid" yayda klubun sükanı arxasına Unay Emerini gətirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
İspaniyalı mütəxəsis hazırda "Aston Villa"nı çalışdırır.
Qeyd edək ki, 54 yaşlı mütəxəsisin Birmingem klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.