Emil Balayev "Ayntraxt"dan ayrıldı

Bundesliqada yerini qoruyan "Ayntraxt" üç futbolçusu ilə yollarını ayırıb. SportLine.az Almaniya mətbuatına istinadən xəbər verir ki, onların arasında Emil Balayev də var. 

Azərbaycanlı qapıçının Frankfurt təmsilçisinə lazım olmadığını deyən klub meneceri Brun Hübner, "Niko Kovaça inanırıq. Qarşıdakı günlərdə növbəti mövsümlə bağlı müzakirələr aparacağıq. Onun qərarlarına hörmətlə yanaşırıq", - deyib.

Emil Balayevlə yanaşı, Konstan Capka və Yannik Zummak da komandadan ayrılıb.

Qeyd edək ki, 22 yaşlı qapıçı 2014-cü ildən "Aytraxt"ın şərəfini qoruyurdu.