Emili Rzayeva: "Əsas hədəfim Olimpiya çempionu olmaqdır"

“Əsas hədəfim Olimpiya çempionu olmaqdır”.

Bunu Sportline.az saytına açıqlamasında Muay-tay üzrə Avropa çempionu Emili Rzayeva deyib. Ankarada keçirilən yarışda seçmə komandamızın yeganə qızıl medalını qazanan idmançı Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb: “Yarış çox çətin keçdi. Buna baxmayaraq bütün rəqiblərimi üstələdim. Finalda Türkiyə idmançısı ilə qarşılaşdım. 3 raundun 3-də də qalib gəldim. Bununla kifayətlənmək niyyətində deyiləm. Əsas hədəfim olimpiya çempionu olmaqdır”.

Qeyd edək ki, Avropa çempionatına 21 idmançı ilə qatılan seçmə komandamızın üzvləri 1 qızıl, 6 gümüş, 10 bürünc medal qazanıblar.