Emin Mahmudov fərqləndi, komandası qələbə qazandı
Azərbaycan millisinin üzvü - Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" növbəti mövsümə hazırlıqları davam etdirir.
SportLine.az xəbər verir ki, təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama görüşü keçirib. Rəqib “Eşpinyo” kollektivi olub.
Matç "Boavişta"nın qələbəsi ilə yekunlaşıb - 4:1.
E.Mahmudov oyuna 76-cı dəqiqədə daxil olub və komandasının sonuncu qoluna imza atıb.