Emin Mahmudov oynadı, "Boavşita" uduzdu

Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Belenenseş" olub.

Qarşılaşmanın taleyini bir qol həll edib.

K.Ağayev cəzalı olduğu üçün bu görüşü də buraxıb. E.Mahmudov isə 60-cı dəqiqədə meydana daxil olub.

"Boavişta" - "Belenenseş" - 0:1
Qol:
 Joao Dioqo, 56

Qeyd edək ki, "Boavişta" hazırda turnir cədvəlində 24 xalla 9-cu pillədə qərarlaşıb.