Emin Mahmudov və Kamran Ağayev oynadı, "Boavişta" qalib gəldi
Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya çempionatının növbəti turunda "Nasional"la qarşılaşıb. SportLine.az xəbər verir ki, hər iki azərbaycanlı futbolçu meydana start heyətində daxil olub.
Hesabı E.Mahmudov açıb. 11-ci dəqiqədə fərqlənən futbolçu qələbənin təməlini qoyub. Bu, 62-ci dəqiqədə zədələnərək meydanı tərk edən milli üzvünün Portuqaliya çempionatında ilk qolu kimi yadda qalacaq.
Sonadək meydanda olan Kamran Ağayev isə 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Yekunda "Boavişta" 2:0 hesablı qələbəyə sevinib.
22 dekabr 2016
Portuqaliya Premyer Liqası
XV tur
“Nasional” – “Boavişta” - 0:2
Qollar: Emin Mahmudov, 11, Santos, 33