Emin Mahmudovun "Boavişta"dakı taleyinə aydınlıq gəlir

Milli komandamızın üzvü Emin Mahmudovun "Boavişta"dakı taleyinə aydınlıq gəlməkdədir. Sportline.az xəbər verir ki, yarımmüdafiəçi komandanın toplanışına dəvət alan futbolçular siyahısındadır. Bu isə, onun "Boavişta"dan ayrılacağı haqda xəbərlərin təkzibi anlamına gəlir. Xatırladaq ki, sözügedən komandada millinin digər üzvü Kamran Ağayev də çıxış edirdi.