Emre Çolak İspaniya klubunda
Türkiyə millisinin sabiq üzvü Emre Çolak karyerasını İspaniyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "İntersiti" klubuna keçib. Bu barədə 3-cü Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Çolakla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Emre Çolak karyerası ərzində "Qalatasaray", "Deportivo", "Fatih Karagümrük", "Hatayspor", "Başakşehir" və "Göztepe"də çıxış edib.