"Hatayspor" türkiyəli oyunçu ilə maraqlanır

"Hatayspor" "Fənərbağça"nın futbolçusu Emre Moru transfer etmək istəyir.

Sportline.az Fanatik.com-a istinadla xəbər verir ki, Hatay klubunun yeni baş məşqçisi Rıza Çalımbay 27 yaşlı futbolçunu heyətdə görmək istəyir.

Klublar arasında artıq danışıqlar başlayıb.

Qeyd edək ki, "Fənərbağça" karyerasında 49 oyuna çıxan Emre Mor 6 qol və 5 asistlik performans göstərib.