AVRO 2020: Ən gənc 11-lik
İngiltərə millisinin Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Şotlaniya ilə matç üçün start heyəti turnirin tarixindəki ən gənc komandadır.
Sportline.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb. Sözügedən qarşılaşma üçün İngiltərə millisinin start heyətindəki oyunçuların ortalama yaş həddi 25 il 31 günə bərabərdir. Bu da turnirin tarixində ən gənc tərkib hesab olunur.
Qeyd edək ki, hazırda davam edən İngiltərə - Şotlandiya matçında hesab açılmayıb.