Ən sevimli türk klubu hansıdır?
Türklərin ən çox dəstəklədiyi klubun adı açıqlanıb. Sportline.az xəbər verir ki bu, Təbrizin "Traktorsazi" komandasıdır. İran çempionatında yarışan klubun 30 milyona yaxın azarkeşi var. Təsadüfi deyil ki, "Traktorsazi"nin hər oyununda demək olar anşlaq yaşanır. Təbrizin "Səhənd" stadionu isə, 80 minə yaxın azarkeş tutumuna malikdir. 1970-ci ildə təsis edilən "Traktorsazi"nin ləqəbi "Qırmızı qurdlar"dır.