"Ən yaxşı" adına 8 namizəd
Avropa Liqasında ilk turun "ən yaxşı"sı adına namizədlər müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, siyahıda 8 futbolçu yer alıb:
Andre Silva ("Milan"), Konstantin Budesku ("Styaua"), Aleksandr Kokorin ("Zenit"), Alexandro Qomes ("Atalanta"), Aleksis Sançes ("Arsenal"), Saman Qhoddos ("Ostersunds"), Memfis Depay ("Lion") və Dieqo Llorente ("Real Sosyedad").
Qeyd edək ki, turun ən yaxşı futbolçusu onlayn səsvermə ilə müəyyən ediləcək.