Ən yaxşı futbolçu müəyyənləşdi

Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, bu ada, gözlənildiyi kimi, ulduz futbolçular yox, Kamerun seçməsinin gənc hücumçusu Kristian Bassoqoq layiq görülüb.

21 yaşlı forvard keçirdiyi 6 görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Kristian Bassoqoq Danimarkanın “Olborq” klubunun formasını geyinir.