Endrik İngiltərə nəhənginə keçə bilər
"Real Madrid"in brazilyalı forvardı Endrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" 19 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Endrikin "los blankos"la sözləşməsi 2030-cu ilin yayına qədərdir.
Qeyd edək ki, sözü gedən oyunçu "Real"dan ayrılmaq fikrində qətidir.