Endrik İngiltərədə çıxış edəcək?

"Real Madrid"in forvardı Endrik İngiltərə nəhənglərinin maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Brazilya millisinin üzvü hazırda "Lion"da icarə əsasında çıxış edir.

Qeyd edək ki, "Arsenal", "Çelsi" və "Tottenhem" 19 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.