Endrik "Real"dan ayrılır

"Real Madrid"in brazilyalı futbolçusu Endrik klubdan ayrılmağa hazırlaşır.

Sportline.az insayder Santi Aounanın məlumatına istinadən xəbər verir ki, Endrik icarə əsasında klubdan ayrılacaq.

18 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 19 matçda 4 qol və 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Endrik ötən il 47.5 milyon avro qarşılığında "Palmeyras"dan "Real Madrid"ə transfer olmuşdu.

Onun İspaniya klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.