Endrik "Real"dan ayrılmaq niyyətindədir
"Real Madrid"in brazilyalı forvardı Endrik klubdan ayrılmaq niyyətindədir.
Sportline.az "El Chiringuito"ya istinadən xəbər verir ki, buna səbəb oyunçunun meydana çıxa bilməməsi olub.
Endrikin "Real"la sözləşməsi 2030-cu ilin yayına qədərdir.
Qeyd edək ki, gənc futbolçu "los blankos"a 2024-cü ilin iyul ayında "Palmeyras"dan 47.5 milyon avro qarşılığında transfer olunmuşdu.