Entoni “Mançester Yunayted”dən ayrılır
“Mançester Yunayted”in brazilyalı futbolçusu Entoni karyerasını İspaniyada davam etdirəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, “Real Betis” Entonini icarə əsasında heyətinə qatacaq.
24 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Entoni cari mövsüm çıxış etdiyi 13 matçda 1 qolla yadda qalıb.