Enzo Fernandez karyerasını İspaniyada davam etdirə bilər
"Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandez karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Atletiko Madrid" Enzonun xidmətində maraqlıdır.
24 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Enzo Fernandez London klubuna "Benfika"dan transfer olmuşdu. "Çelsi" bu keçid üçün qarşı tərəfə 121 milyon avro ödəmişdi.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 6 qol və 9 məhsuldar ötürmə müəllifi olub.