Erik Ten Haq İngiltərəyə qayıdır
"Vulverhempton"un rəhbərliyi klubun sükanı arxasına niderlandlı mütəxəsis Erik Ten Haqı gətirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda nüfuzlu ESPN nəşri məlumat yayıb.
55 yaşlı baş məşqçinin sonuncu iş yeri Almaniyanın "Bayer" klubu olub.
Qeyd edək ki, "Vulverhempton" İngiltərə Premyer Liqasında 2 xalla 20-ci pillədə yer alır.