Eriksen Danimarka millisinin məşqində
Danimarka millisinin futbolçusu Kristian Eriksen Avro-2020-nin 1/8 finalında Uelslə oyun öncəsi yığmaya dəstək olub.
Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, "İnter"in yarımmüdafiəçi millinin məşqində iştirak edib.
Yığmanın qapıçısı Kasper Şmeyhel oyunçuların Erikseni görməkdən məmnun olduğunu deyib: "Onu real həyatda görmək və hər şeyin yaxşı olduğundan əmin olmaq həqiqətən vacib idi. Düşünürəm ki, futbolçuların çoxuna Kristianı görmək çox kömək etdi".
Xatırladaq ki, Avro-2020-nin B qrupunda iyunun 12-də keçirilən Danimarka – Finlandiya oyununun gedişində Kristien Eriksenin səhhətində ciddi problem yaranmış, futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya təxliyyə olunmuşdu.