Eriksenin son durumu açıqlandı

Danimarka millisinin üzvü Kristian Eriksen bu gün xəstəxanadan evə buraxılacaq.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, “İnter”in yarımmüdafiəçisinə kardioverter – defibrillyator qoşulub. Bu üsulla onun həyatına təhlükə yaradan nizamsız ürək döyüntüsünün qarşısı alınacaq.  

Xatırladaq ki, AVRO 2020-nin iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün fasiləsinə yaxın halı pisləşən Eriksen xəstəxanaya çatdırılmışdı.

Sonradan onun ürək tutması səbəbindən huşunu itirdiyi açıqlanmışdı.