Erməni idmançısından feyr-pley qaydalarına zidd hərəkət
MMA ilə bağlı sosial şəbəkələrdə yayılan video etiraza səbəb olub.
Sportline.az xəbər verir ki, erməni idmançı Rafael Abrahamyanın türkiyəli rəqibi Batuhan Akdumanı boğaraq öldürməyə çalışıb.
Hakim tərəfləri ayırmaq istəsə də, gecikib. 24 yaşlı türkiyəli idmançı uzun müddət boğucu fənddə qaldığı üçün huşunu itirib.