Ernesto Valverde: "Azarkeşləri sevindirməliyik"

"Barselona"nın yeni baş məşqçisi Ernesto Valverde ilk açıqlamasında xoşbəxt olduğunu deyib.

SportLine.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis  karyerasının ən həyəcanlı dövrünü yaşadığını dilə gətirib: "Xoşbəxtəm, eyni zamanda da çox həyəcanlıyam. Ən böyük arzum, "Barselona"nı daha güclü etməkdir. Biryerdə buna nail olacağımıza inanıram. Azarkeşlərimizi sevindirməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, E.Valverde növbəti iki il ərzində Kataloniya klubunu çalışdıracaq.