Ərsun Yanal Şeydayevdən narazıdır
"Trabzonspor"un baş məşqçisi Ərsun Yanal milli komandamızın üzvü Ramil Şeydayevlə bağlı fikirlərini bölüşüb. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc hücumçudan gözlədiklərini ala bilmədiklərini vurğulayan Yanal bunları deyib: “İbanez, Suk və Ramil Şeydayevdən gözlədiyimizi ala bilmədik. Düzdü, Ramil çox gənc olsa da, digərlərinin kifayət qədər təcrübəsi var. Bundan sonra daha düzgün transferlər etməliyik, daha diqqətli olmalıyıq. Komandamızda Yusuf və Abdulkadir kimi gənc futbolçular var. Yusuf özünü gənc kimi göstərmir və belə davam etsə, daha çox şans qazanacaq. Abdulkadirin isə bir qədər zamana ehtiyacı var”.