Eşli Yanq "Everton"u tərk edir
"Everton"un ingiltərəli futbolçusu Eşli Yanq mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
39 yaşlı futbolçu klubla yeni müqavilə imzalamayacaq.
Qeyd edək ki, Eşli Yanq 2023-cü ilin yayında "Aston Villa"dan "Eveton"a azad agent kimi transfer olmuşdu.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 1 qol 3 məhsuldar ötürmə müəllifi olub.