Eşli Yanq geri döndü

İngiltərənin "Aston Villa" futbol klubu Eşli Yanqı yenidən heyətinə qatıb.

Sportline.az xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Futbolçu 2007-2011-ci illərdə də "Aston Villa"da çıxış edib.

"Uotford"un yetirməsi olan Yanq cari mövsümü İtaliyanın "İnter" klubunda keçirib. İtaliya A Seriyasında 26 oyuna çıxan futbolçu 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Aston Villa" İngiltərə Premyer Liqasının cari mövsümünü 14-cü pillədə başa vurub.