Essyen məşqçiliyə hazırlaşır

"Hazırda Bakıdayam, özümü qorumaq üçün evdə oturmağa çalışıram".

Sportline.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Maykl Essyen "Citi Sports Ghana"nın "Instagram" səhifəsindəki canlı yayımda koronavirus pandemiyası barədə danışarkən deyib.

Qanalı yarımmüdafiəçi bildirib ki, evdə fərdi şəkildə məşğul olur: "Çalışıram ki, pandemiya ilə bağlı baş verənlərə fikir verməyim".

Gələcək karyerasından da bəhs edən 38 yaşlı oyunçu məşqçilik etməyə hazırlaşdığını söyləyib: "Gələcəkdə məşqçi olmaq planlarıma daxildir. Addım-addım bu işin sirlərini öyrənirəm. Gənc futbolçularla işləməyi sevirəm. Gələcəkdə necə olacağını zaman göstərəcək".

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir. O eyni zamanda Bakı klubunun U-19 komandasının məşqçilər heyətində də yer alır.