Essyenin "Barselona" xatirəsi

"Səbail"in futbolçusu Maykl Essyen 2008/2009 mövsümündə "Çelsi"də çıxış etdiyi vaxt Çempionlar Liqasında  "Barselona" ilə yarımfinal mərhələsinin cavab oyununu xatırladıb.

Sportline.az Qana mətbuatına istinadən xəbər verir ki, o, bu görüşü karyerasının ən yaxşı oyunlarından biri adlandırıb:

"Vurduğum qol gözəl alınsa da, nəticə bizim üçün məyusedici oldu "Barselona" kimi böyük komandaya qarşı keçirdiyimiz bu matç karyeramın ən yaxşı oyunlarından biri idi".

Qeyd edək ki, sözügedən görüşdə 1:1 hesablı bərabərlik qeydə alınmışdı və "Barselona" səfər qolu sayəsində finala yüksəlmişdi.