"Everton" 26 yaşlı futbolçusunu satmaq niyyətində deyil
"Everton" klubu yarımmüdafiəçisi Dvayt Makneili satmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
26 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 18 matçda 1 asistlə yadda qalıb.
Qeyd edək ki, "Kristal Pelas" sözügedən oyunçu üçün qarşı tərəfə 20 milyon avro təklif etmişdi. Lakin Mersisayd təmsilçisi bu təklifi qəbul etməmişdir.