“Everton” futbolçusunu “Mançester Yunayted”ə satmayacaq

“Mançester Yunayted” “Everton”un ingiltərəli futbolçusu Carrad Brantvaytı transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisinin rəhbərliyi isə 23 yaşlı stopperi satmaq niyyətində deyil.

Bu haqda “Team Talk” nəşri məlumat yayıb.

Qeyd edək ki, “Mançester Yunayted” bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.