“Everton” futbolçusunu satışa çıxarıb
"Everton" 25 yaşlı forvardı İliman Endiyayeni satmaq qərarına gəlib.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted", "Yuventus", "Milan" və "Atletiko Madrid" seneqallı futbolçunu heyətə qatmaq niyyətindədir.
Mersisayd təmsilçisi Endiyaye üçün ən azı 40 milyon avro tələb edir.
Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm meydana çıxdığı 13 matçda 4 qol, 1 asistlə yadda qalıb.