Mersisayd klubundan "Napoli"yə təklif var
"Napoli"nin yarımmüdafiəçisi Skout Maktominey karyerasını yenidən "Dumanlı Albion"da davam etdirə bilər.
Spoerline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Everton" sözügedən futbolçu üçün İtaliya klubu ilə danışıqlara başlayıb.
Mersisayd təmsilçisi bu keçid üçün qarşı tərəfə 62 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Skout Maktominey "Napoli"də xoşbəxt olduğunu dilə gətirib.
O, bu mövsüm bütün turnilər daxil olmaqla çıxış etdiyi 14 oyunda 4 qol, 1 asistlə yadda qalıb.