"Everton" tanınmış mütəxəssisə həvalə olundu

"Everton" klubunun yeni baş məşqçisi məlumdur. Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı Ronald Kumanın istefası ilə boş qalmış posta Sem Ellardays təyin edilib. Onunla 2019-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Everton"u müvəqqəti olaraq Devid Unsvort çalışdırırdı.

"Everton" İngiltərə Premyer Liqasında hazırda 12 xalla 17-ci pillədə qərarlaşıb.