"Everton" "Tottenhem"ə elçi düşüb

"Tottenhem"in yarımmüdafiəçisi Konor Qallager yeni mövsümdən etibarən "Everton"da çıxış edə bilər.

Sportline.az xəbər verir ki, "mahmızlar" 26 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.

Bu haqda "The Sun" nəşri məlumat yayıb.

Qeyd edək ki, K.Qallager "Tottenhem"ə "Atletiko"dan transfer olunub.